» » » Dəbin tarixi

Dəbin tarixi

Loading...
Dəbin tarixi

Bir çox alimlər hesab edir ki, geyimin yaranmasının səbəbi – insanlarda yaranan utancaqlıq hissləri idi. Digərləri hesab edir ki, geyimlər soyuqdan qorunmaq üçün istifadə olunurdu və hətta ibtidai insanların geyimdən bəzək kimi istifadə etmələrini iddia edən alimlər də var. Səbəb nə olursa olsun, arxeoloji qazıntılar göstərir ki, geyim ibtidai cəmiyyətinin formalaşmasının ən erkən çağlarında meydana gəlmişdir (təxminən 40-25 min il bundan qabaq).
Gil və quş lələkləri bəşər tarixinin ilk geyimlərinin rüşeymləri idi. İnsanlar öz bədənlərini soyuqdan və həşəratlardan qorumaq məqsədi ilə gil və quş lələkləri ilə bəzəyirdi. Sonradan ibtidai insan otdan parçalar hörməyə başlamışdır. Beləliklə də ilk parçalar meydana gəldi. Hindistan-da istehsal olunmuş ilk kətan parçası isə dəbin tarixində çevriliş olmuşdur.
Qədim Misir-də ilk dəfə olaraq geyim insanın cəmiyyətdəki mövqeyinin göstəricisi olmuşdur. Belə ki, Qədim Misirdə qulları belətrafında bağlanmış parçadan, kəndliləri sadə geyimlərindən, quldarları isə bəzəkli geyimlərindən və qızıl zınyət əşyalarından tanımaq olardı.
Əgər qədim dövrdə geyim insanı hər hansı xarici təhlükədən qorumaq məqsədini daşıyırdısa, artıq antik dövrdən başlayaraq geyimin estetik funksiyası ön plana keçir. Yunanlar və romalılar, ibtidai insanlardan fərqli olaraq, öz bədənlərini gizlətmək üçün deyil, əksinə, bədənlərinin gözəlliyini daha da qabarıq şəkildə göstərmək məqsədilə gözəl əlbisələrdən, müxtəlif bəzək əşyalarından istifadə edirdilər.
İlk olaraq ətəklər meydana gəlmişdir. Ətəklərdən həm qadınlar həm də kişilər istifadə edirdilər. Lakin kişilər, xüsusilə də vavilonlular, assuriyalılar, və digər xalqların nümayəndələri əksər vaxtlarını at üzərində, qonşu torpaqları əldə etmək uğrunda mübarizədə və daim müharibədə keçirdiklərinə görə ətəklər onlar üçün əlverişli deyildi. Beləliklə də ilk hərbi geyimlər kimi ilk şalvarlar meydana gəldi.
Orta əsrlərdə kişilərin zövqlə geyinmələrinə yaxşı baxılmırdı. Elə sayılırdı ki, kobud geyimlər əsl kişilərə xasdır, bəzəkli geyimlər isə qadınlara məxsusdur. Cəmiyyətdə bu cür düşüncələr İntibah dövrünə qədər mövcud idi. Kişi dəbinin çiçəklənməsi İntibah dövrünə aiddir. Fransa kralı III Anri, kardinal Çezare Borciya dövrün zövqlə geyinən kişilərdən idi.
Orta əsrlərin sonrakı dövrlərinin estetik idealı səlibçilər idi. Yenidən ətəklər kişilər arasında populyarlıq qazandı. Elə səlib yürüşlərin nəticəsində bir çox şərq geyim üslubları, parçalar və bəzək əşyaları qərbə yol tapmışdır.
Azərbaycan milli geyim-ləri xalqın maddi və mənəvi mədəniyyətinin çox çətin və uzun çəkən inkişaf gedişi nəticəsində yaranmışdır. Xalqın etnik, tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır.
Azərbaycanda geyimin stili onun yiyəsinin ailə vəziyyətini və yaşını əks etdirirdi. Subay qızların geyimlərı evli qadınların geyimlərindən fərqlənirdi. Cavan qızlar daha parlaq və qəşəng geyinirdilər. Kişi və qadın geyimlərı Azərbaycanın bütün etnik, tarixi zonalarında eyni idi. Uşaq geyimi öz forması ilə böyük geyimi ilə eyni idi və onlardan yalnız bəzi xüsusiyyətləri və ölçüsü ilə fərqlənirdi. Azərbaycan qadın geyimi XIX–cü əsrdə, XX-ci əsrin əvvələrində alt və üst geyimlərdən ibarət idi.
Üst geyimi isə öz növbəsində çiyinüstü və bel geyimlərindən ibarət idi. Qadın çiyinüstü geyimi üst köynəyindən, arxalıqdan, çəpkəndən ibarət idi. Üst köynəyinin düz biçimi, çiyini tikişsiz və rəngbarəng qoltuqaltından ibarət idi. Bu köynəklər əsasən qanovuz və fay ipək parçalarındantikilirdi.
Çəpkən – çiyinüstü, astarlı və yalançı qollara malik olan qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən və bir neçə növ ipək parçalarından tikilirdi.
Ləbbadə - çiyinüstü üst gödəkçəsidir. Bu geyim sırıqlı astarda olur, tirmədən, məxmərdən və başqa parçalardan tikilirdi.
Kürdü – qadın üst geyimidir. Bu geyim tirmədən, məxmərdən tikilirdi, xəz dəri və sıx naxışlarla bəzənilirdi.
Eşmək – qadın sırıqlı üst geyimidir, tirmədən və məxmərdən tikilirdi. Bu geyimin yaxası, ətəyi və qolları xəzdərisilə, qızılı şəbəkə torla və şəridlə bəzənilirdi.
Kişi milli üst geyimi – üst köynək, arxalıq, qaba və çuxadan (çiyinüstü) ibarət idi. Bir və ya ikiyanlı arxalıqlar ipək, atlaz, kişmir, mahud, satin və başqa parçalardan tikilirdi. Qaba – kişi çiyinüstü üst geyimidir və əsasən tirmədən tikilirdi.
Milli geyim dəstinə müxtəlif növlü baş geyimləri və ayaqqabılar da daxil idi.Milli geyim dəstlərinə yerli zərgərlərin yaratdığı zərgərlik məmulatları da daxil idi.
Ümumiyyətlə, Azərbaycanın milli geyimlərində parçanın bəzəyi, ornamenti əsas yer tuturdu. Və bugün də qloballaşan dünyaya inteqrasiya etməyimizlə əlaqədar əgər milli geyimlərimizi gündəlik və iş həyatında istifadə edə bilmiriksə də, jparçalarımızda buta, qoşa buta, ay, ulduz, və digər milli ornamentləri saxlaya bilərik.

Загрузка...
Açar sözlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Təsadüfi xəbərlər
http://womman.az/uploads/posts/2017-01/1483685612_screenshot_1.jpg" border="0" alt="“WhatsApp” işlədənlərə bəd xəbər! Milyonlarla istifadəçi “WhatsApp”sız qalacaq" height="100" />
(function(i,s,o,g,r,a,m){i['GoogleAnalyticsObject']=r;i[r]=i[r]||function(){ (i[r].q=i[r].q||[]).push(arguments)},i[r].l=1*new Date();a=s.createElement(o), m=s.getElementsByTagName(o)[0];a.async=1;a.src=g;m.parentNode.insertBefore(a,m) })(window,document,'script','https://www.google-analytics.com/analytics.js','ga'); ga('create', 'UA-89622716-2', 'auto'); ga('send', 'pageview');
http://womman.az/uploads/posts/2015-07/1435833354_http_95.86.135.60_bpictures_picture77006.jpg" border="0" alt="Qolaltı tərləməni yox edən çox ucuz və effektiv çözüm SODA" height="100" />

Qolaltı tərləməni yox edən çox ucuz və effektiv çözüm SODA

Tərləmənin qarşısını almaq üçün çox effektiv təbii üsul

ətraflı...
(function(i,s,o,g,r,a,m){i['GoogleAnalyticsObject']=r;i[r]=i[r]||function(){ (i[r].q=i[r].q||[]).push(arguments)},i[r].l=1*new Date();a=s.createElement(o), m=s.getElementsByTagName(o)[0];a.async=1;a.src=g;m.parentNode.insertBefore(a,m) })(window,document,'script','https://www.google-analytics.com/analytics.js','ga'); ga('create', 'UA-89622716-2', 'auto'); ga('send', 'pageview');
http://womman.az/uploads/posts/2017-01/1484593979_5-1.jpg" border="0" alt="Aktrisa 17 il əvvəki FOTOLARINI yaydı" height="100" />
(function(i,s,o,g,r,a,m){i['GoogleAnalyticsObject']=r;i[r]=i[r]||function(){ (i[r].q=i[r].q||[]).push(arguments)},i[r].l=1*new Date();a=s.createElement(o), m=s.getElementsByTagName(o)[0];a.async=1;a.src=g;m.parentNode.insertBefore(a,m) })(window,document,'script','https://www.google-analytics.com/analytics.js','ga'); ga('create', 'UA-89622716-2', 'auto'); ga('send', 'pageview');
Bizim Aşçı
Top xəbərlər
Bunu etsəniz, internetiniz 10 dəfə daha sürətlə işləyəcək, sənin Wi-Fi-ındən artıq qonşular istifadə edə bilməyəcək!" alt="Bunu etsəniz, internetiniz 10 dəfə daha sürətlə işləyəcək, sənin Wi-Fi-ındən artıq qonşular istifadə edə bilməyəcək!">

Bunu etsəniz, internetiniz 10 dəfə daha sürətlə işləyəcək, sənin Wi-Fi-ındən artıq qonşular istifadə edə bilməyəcək!

Manşet / Maraqlıdır
Kosmetoloqlar da şokdadır –Bu maska qırışları birdəfəlik yox edir" alt="Kosmetoloqlar da şokdadır –Bu maska qırışları birdəfəlik yox edir">

Kosmetoloqlar da şokdadır –Bu maska qırışları birdəfəlik yox edir

Gözəllik xəbərləri
Bu xəbərdən sonra nar qabığılnı atmayacaqsınız! Döş və bütün növ xərçəng şişlərini əridir, ürəyi gücləndirir, öskürəyi kəsir, təzyiqi salır...Möhtəşəm!" alt="Bu xəbərdən sonra nar qabığılnı atmayacaqsınız! Döş və bütün növ xərçəng şişlərini əridir, ürəyi gücləndirir, öskürəyi kəsir, təzyiqi salır...Möhtəşəm!">

Bu xəbərdən sonra nar qabığılnı atmayacaqsınız! Döş və bütün növ xərçəng şişlərini əridir, ürəyi gücləndirir, öskürəyi kəsir, təzyiqi salır...Möhtəşəm!

Manşet / Qadın sağlamlığı
SODA- 4 gündə bütün piyləri əridir!" alt="SODA- 4 gündə bütün piyləri əridir!">

SODA- 4 gündə bütün piyləri əridir!

Manşet / Bədənə qulluq
Sinəyə kələm qoyun, nəticə inanılmaz! Hətta bütün növ kistaları, şişləri belə 3 gündə əridir! QAYDASI" alt="Sinəyə kələm qoyun, nəticə inanılmaz! Hətta bütün növ kistaları, şişləri belə 3 gündə əridir! QAYDASI">

Sinəyə kələm qoyun, nəticə inanılmaz! Hətta bütün növ kistaları, şişləri belə 3 gündə əridir! QAYDASI

Manşet / Gözəllik xəbərləri
50 yaşında 25 yaşlı kimi necə görünmək olar? - Gündə sadəcə 7 dəqiqə vaxt ayır" alt="50 yaşında 25 yaşlı kimi necə görünmək olar? - Gündə sadəcə 7 dəqiqə vaxt ayır">

50 yaşında 25 yaşlı kimi necə görünmək olar? - Gündə sadəcə 7 dəqiqə vaxt ayır

Manşet / Gözəllik xəbərləri
Bütün dünyada populyar olan bu türk resepti ilə ən dərin qırışları belə yox etmək mümkündür" alt="Bütün dünyada populyar olan bu türk resepti ilə ən dərin qırışları belə yox etmək mümkündür">

Bütün dünyada populyar olan bu türk resepti ilə ən dərin qırışları belə yox etmək mümkündür

Manşet / Üzə qulluq
http://womman.az/uploads/posts/2017-01/1484590426_screenshot_2.jpg" alt="Yəhudi alimlər xərçəngin müalicəsini tapdı: Bütün dünya qələbəni bayram edir!">

Yəhudi alimlər xərçəngin müalicəsini tapdı: Bütün dünya qələbəni bayram edir!

Manşet / Xəbərlər
Son rəylər
20:27 : Müəllif → Asena
Xəbər → Telefonunuzda yaşayan sakinlər [Foto]
20:06 : Müəllif → aquaviridis
Xəbər → Xoşqədəmlə bağlı etiraf
22:30 : Müəllif → aquaviridis
Xəbər → İtburnunun faydaları
22:29 : Müəllif → aquaviridis
Xəbər → Ispanaqlı makaron resepti